“Xəzər Lənkəran”, “Neftçi” və “Bakı”nı keçmək fikrindəyik”
18.08.2010 - 16:59
“Qəbələ” klubunun ingiltərəli baş məşqçisi Toni Adamsın müsahibəsi
- “Komanda rəhbərliyiniz altında Unibank Premyer Liqasının iki oyuna çıxıb. Bu matçlar sizdə hansı təəssürat yaradıb?
- Ümumilikdə, biz elə gözlədiyimiz oyunla üz-üzə gəldik. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” yaxşı futbol göstərdi. Təəssüf ki, biz bunu bacarmadıq. Əlbəttə ki, komandası uduzanda məşqçi yetirmələrindən razı qala bilməz. Ardıcıl iki oyun uduzmuşuq ki, bu da bir sıra amillərlə bağlıdır. İlk növbədə futbolçuların ustalıq səviyyəsindəki fərq özünü göstərdi. Uğurlu çıxış etmək üçün bizə daha yaxşı oyunçular lazımdır. Bu iki görüş göstərdi ki, “Xəzər Lənkəran”la “Neftçi” heyətini daha yaxşı komplektləşdirib.
- “Xəzər Lənkəran”la oyun sizin cənub bölgəsi ilə ilk tanışlığınız idi. Bu şəhər, ölkəmizin ən yaxşı arenalarından olan stadion və çılğın azarkeşlər sizdə hansı təəssürat oyatdılar?
- Stadionun ot örtüyü istisna olmaqla, hər şey xoşuma gəldi. Düşünürəm ki, örtük hələlik yüksək səviyyəli matçlara hazır deyil. Onu deyə bilərəm ki, ilk 3 turdakı rəqiblərimiz – “Xəzər Lənkəran”, “Neftçi” və qarşılaşacağımız “Bakı” heyətin komplektləşdirilməsinə böyük pullar xərcləyiblər. Biz bu mənada onlardan geri qalırıq. Yaxın illərdə onlara çatmaq, hətta inkişaf edib keçmək fikrindəyik.
- Bu o deməkdir ki, “transfer pəncərəsi” bağlanana qədər yeni oyunçu cəlb edəcəksiniz?
- Bilirsiniz, çox az vaxt qalıb. Ona görə çatdırıb-çatdırmayacağımızı deyə bilmərəm. Amma istənilən halda, sərəncamımda olan bütün futbolçulara cari mövsümdə şans verməyi düşünürəm.
- İlk turda komandanın kapitanı Qoqa Beraya idi. Növbəti turda isə sarğı Lyubo Baraninə həvalə olunmuşdu. Bu dəyişiklik nə ilə bağlıdır?
- Mövsümün əvvəlində biz kapitanımızı seçmişik. Bu Berayadır. Baranin isə vitse-kapitandır. Qoqa zədələndiyi üçün son matçda meydana çıxmadı. Onların hər ikisinin öz üstünlükləri var. Ümid edirəm ki, bu futbolçuların hər biri öz oyununu göstərə biləcək.
- Ardıcıl iki məğlubiyyətdən sonra komandadakı əhval-ruhiyyə necədir. “Bakı” ilə üçüncü turun oyununa kimi özünüzə gələ biləcəksinizmi?
- Açığını deyim ki, “Xəzər Lənkəran” və “Neftçi” ilə oyunlardan öncə məndə elə fikir yarandı ki, futbolçularımız öz qüvvələrinə inanmırlar. Onlar inanmırdılar ki, bu rəqibi məğlub edə bilərlər. Bu heyətlə mövsüm boyu çalışmalıyıq. Ona görə də onların üstündən xətt çəkmək olmaz. Hər hansı çatışmazlıq varsa, bu problem üzərində birlikdə çalışmalıyıq. Oyunçular bunun üzərində işləməli, özlərini oyuna psixoloji cəhətdən hazırlamalıdırlar. İstənilən rəqibi məğlub edə biləcəyimizə inanmalı, güclü hazırlıq keçib meydana çıxmalı və sonadək mübarizə aparmalıyıq. Mən onlara özlərinə hörmət hissini aşılamalı, cəmləşməyə kömək etməliyəm. Əlbəttə ki, məşqçilər korpusu daim ayrı-ayrı oyunçuların psixoloji hazırlıq üzərində çalışa bilməz. Müəyyən vaxtdan sonra görsək ki, kimsə özünə inanmır, onunla yollarımızı mütləq ayıracağıq.
- İki futbolçunuz milli komandamızın toplanışına çağırılıb. Saşa Yunisoğlu və Nodar Məmmədovun yığmanı nə dərəcədə gücləndirəcəyini düşünürsünüz? Onlara hansı məsləhətlər verərdiniz?
- İlk növbədə onu qeyd edim ki, iki oyunçumuz Berti Foqtsun siyahısında yer almasından məmnunam. Onlar yükləmələrə hazırdırlar. Nodarla Saşa klubda öz üzərində yaxşı işləyirlər və yığmaya da faydalı ola bilərlər. Təbii ki, 100 faiz hazır olduqlarını iddia edə bilmərəm. Nodar fiziki hazırlıq üzərində hələ də çalışmalıdır. Əgər bu çatışmazlığı aradan qaldıra bilsə, millinin aparıcı üzvünə çevriləcək. Saşaya gəlincə, onun heç bir problemi yoxdur. Məşq keçməklə fərdi ustalığını artırmaqda davam edir. Çox istərdim ki, milidəki oyunçularımızın sayı daha çox olsun. Lakin bu bir günün işi deyil. Yaxın 1-2 ildə yığma oyunçularını heyətə cəlb etməyə çalışacağıq.
- “Qəbələ”də elə başqa oyunçu var ki, onu milliyə məsləhət görəsiniz?
- Hazır futbolçularımız var. Yoxlamaq üçün Tərzin Cahangirovu təklif edə bilərəm. Bu gənc futbolçu bir neçə ildən sonra çox səviyyəli oyunçuya çevrilə bilər. İndi isə ona daha çox oynamaq və oyun təcrübəsi yığmaq lazımdır.
Mənbə: extratime.az

0
0