“Muğan” Elşən Məmmədovun adını niyə “18-liy”ə salmayıb?
18.08.2010 - 17:17
“Bakı” ilə oyuna ən azı məğlub olmamaq üçün çıxmışdıq. Çünki mövsümə məğlubiyyətlə başlamışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun hücumçusu Elşən Məmmədov deyib.
Mövsümün startına az vaxt qalmış “Muğan”la anlaşan Məmmədov MOİK-lə matçda meydana çıxsa da, komandasının məğlubiyyətdən yaxa qurtarmasına kömək edə bilmədi. Nəticədə Salyan klubu Premyer Liqanın debütantına yenildi: “Ola bilsin, hesabda irəli olduğumuz vaxt uşaqlarda arxayınlaşma yaransın. Nəticədə yenildik. “Bakı” ilə oyunda xal bizə hava-su kimi lazım idi. Uşaqlar layiqli qələbə qazandı. Komanda yoldaşlarım yaxşı oynadılar. Oyunu kənardan izləsəm də, həyəcanıma hakim ola bilmirdim”.
Maraqlıdır ki, MOİK-lə oyunda 90 dəqiqə meydanda olan Məmmədovun adı “Bakı” ilə qarşılaşmanın protokoluna daxil edilməmişdi. Hücumçu bunun səbəbini zədəli olması ilə izah edib: “Məşqdə qasıq nahiyəmdən zədə aldım. 3 gün məşqə çıxmadım. Şənbə günü keçirilən hazırlıq zamanı meydana çıxsam da, ağrıların olduğunu hiss etdim. Baş məşqçiyə yaxınlaşıb, oynaya bilməyəcəyimi dedim. O da bunu anlayışla qarşıladı və müalicə olunmağıma şərait yaratdı. Ağrılar davam etsə də, dünəndən məşqlərə başlamışam. Çalışacağam ki, “Turan”la oyunda komanda yoldaşlarıma kömək edim”.

0
0