“Turan”da yeni hücumçu
18.08.2010 - 17:42
Unibank Premyer Liqasının II turunda AZAL-la oyunda hakim səhvi üzündən xal qazana bilməyən “Turan” hücum xəttini gücləndirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisinin düşərgəsinə daha bir futbolçu qoşulub.
Son mövsümü Finlandiyanın “KooTeePee” klubunda keçirən Georgi Çxaidze baş məşqçi Sakit Alıyevin etimadını doğrultmağa çalışacaq. Ondan başqa, daha 2 gürcüstanlı baxışda olub. Amma onların hazırlığı Alıyevi qane etmədiyindən, hər iki futbolçu axşam məşqindən sonra vətəninə yola salınıb.
Klubdan verilən məlumata görə, sabah Çeqiya adlı, və Tatanaşvili soyadlı futbolçular “Turan”ın düşərgəsinə gələcək. Hər iki oyunçu ilə müqavilə imzalanacaq. Çeqiya “Olimpi”nin heyətində çıxış edir. O, yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilir. Onunla anlaşmanın müddəti 2 il olacaq. Tatanaşvili isə sonuncu mövsümü Çexiya çempionatında keçirib.

0
0