Riberi: Nə baş verdiyini anlamıram
18.08.2010 - 18:13
“Cəzalanmağımız mənim üçün yuxuya bənzəyir. Orada nə baş verdiyini anlamıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa yığmasının üzvü Frank Riberi deyib.
“Bavariya”da çıxış edən futbolçu Fransa Futbol Federasiyasının özünün və komanda yoldaşlarının barəsində çıxardığı qərara münasibət bildirib: “Dünya çempionatında nə olubsa, hadisələrin hamısında bütün futbolçular iştirak ediblər. Sadəcə, onlardan 5-nin Parisə çağırılmasını və cəzalanmasını anlamıram”.
Qərara əsasən, Riberi 3 oyunluq yığmaya çağırılmayacaq. Lakin o, bütün bu haqsızlığa baxmayaraq, milli komandadan imtina etmək fikrində deyil. Cəzası bitdikdən sonra yenidən yığmada qayıdaraq, özünü sübut edəcəyi qənaətindədir.
Qeyd edək ki, Riberi komanda yoldaşlarından fərqli, Parisə getməyib. “Bavariya” onu ölkəsinə buraxmaqdan imtina edib.

0
0