“Sevgilimə pis gözlə baxanı, həmin dəqiqə öldürərəm” - FOTO
18.08.2010 - 18:00
“Aşiq olduğum zaman gözüm heç nəyi görmür. Sevgilimə isə pis gözlə baxanı həmin dəqiqə öldürərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Beşiktaş” klubunun sabiq futbolçusu Paskal Numa deyib.
Fransalı hücumçu bildirib ki, tez-tez barlara getməyi və qadınlara bahalı hədiyyələr verməyi xoşlayır: “Gecə barlarında tez-tez oluram. Orada qızlar çox zaman salfetlərə telefon nömrələrini yazıb mənə verirlər. Nəzakət xətrinə kağız parçalarını götürsəm də, çölə çıxan kimi zibil qutusuna atıram. Çünki ucuz “oyunları” sevmirəm. Bunlara baxmayaraq, qadınlara hədiyyə bağışlamağı xoşlayıram. Sevgililərimdən birinə “Porşe” avtomobili bağışlamışdım. Hazırda həyatımda biri var, lakin o elə hədiyyələrə layiq deyil”.
Nouma türk qızlarını tərifləməyi də unutmayıb. Türklərin fransızlardan daha gözəl sayan futbolçu bədənində 14 döymə və onların hərəsinin öz tarixi olduğunu deyib: “Türk qızları fransızlardan gözəl olurlar. Məsələn, mənim Türkiyədə bəyəndiklərimə heç kim çata bilməz. Bütün bunları isə öz bədənimə həkk edirəm. 14 döyməmin hərəsinin öz xatirəsi var”.
Qeyd edək ki, 2000-2001 və 2002-2003-cü illərdə “Beşiktaş”ın heyətində 43 oyuna çıxıb və 22 qola imza atıb.

0
0