“Borussiya” – “Qarabağ” oyunu canlı yayımlanacaq
18.08.2010 - 23:00
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi ilk oyun Azərbaycanda da televiziya ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu gün Dortmundda “Borussiya”nın qonağı olacaq Ağdam təmsilçisinin azarkeşləri görüşü AzTV və “İdman-Azərbaycan” kanalı vasitəsilə izləyə biləcəklər. Yayımın sponsoru “Azərsun” şirkətidir.
Məşhur “Vestfalenştadion” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
Qeyd edək ki, “Borussiya” – “Qarabağ” matçının Almaniyanın məşhur ZDF-2 kanalı ilə yayımlanacağı xeyli əvvəldən məlum idi.

0
0