Dieqo “Yuvenrus”da qalır
18.08.2010 - 23:07
İtaliyanın “Yuventus” klubunun rəhbərliyi yarımmüdafiəçi Dieqonun satışı ilə bağlı bütün danışıqları dayandırıb. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Luici del Heri braziliyalı futbolçuya sxem və planlarında yer görmədiyini demişdi. Almaniyanın "Volfsburq" klubu da Dieqonu satın almaq istəyirdi və futbolçu ilə fərdi müqavilənin şərtlərini də razılaşdırmışdı. Lakin almanlar Dieqonun əvəzində bosniyalı forvard Edin Cekonu vermək istəmədiklərini bəyan edəndən sonra "qoca sinyora" bütün müzakirələri dayandırıb. İndi baş məşqçi del Heri braziliyalı yarımmüdafiəçilən ikinci hücumçu kimi faydalanmaq niyyətindədir.
0
0