“Qoca mexanik” iş başında
18.08.2010 - 23:10
“Qoca mexanik” iş başında
Zimbabve yığmasının yeni baş məşqçisi 72 yaşlı alman Otto Pfister olacaq. Apasport.az ssaytının xəbərinə görə, o, həmin vəzifədə Sandi Çindzambvunu əvəzləyib. Zimbabve Futbol Federasiyası Çindzambvu ilə imzalanmış müqavilə çərçivəsində məşqçiyə çatası 60 min dolları ona ödəmədiyi üçün mütəxəssis istefa vermişdi.

"Qoca mexanik" ləqəbli Pfister məşqçilik karyerasına 1972-ci ildə "Vadus" klubunda başlayıb. İndiyədək o, Ruanda, Burkina-Faso, Seneqal, Kot d`İvuar, Konqo, Qana, Banqladeş, Səudiyyə Ərəbistanı, Toqo və Kamerun yığmalarını çalışdırıb.

Onun ən böyük uğurları Toqo yığmasının DÇ-2006-nın final hissəsinə qatılması və Qana millisinin 2002-ci ildə Afrika Millətlər Kubokunun final matçında oynamasıdı.