Nigeriyalı qapıçı Çempionlar Liqasında qol vurdu
19.08.2010 - 01:45
Nigeriyalı qapıçı Çempionlar Liqasında qol vurdu
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin bir addımlığında olan daha 10 komanda dünən meydana çıxıblar.

Öz cütlərinin favoritləri sayılan “Sevilya” və “Austriya”nın uduzması, “Sampdoriya”nın isə biabırçılıqdan güclə yaxa qurtarması diqqət çəkir. Ən maraqlı hadisənin qəhrəmanı isə Nigeriya milli komandasının qapıçısı Vinsent Enyeama olub.

İsrailin “Hapoel” klubunda çıxış edən afrikalı komandasının Avstriyadakı sensasiyasına qolla töhfə verib. Enyeama penaltidən hesabı açmaqla həmkarını məyus edib.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar


“Bazel” (İsveçrə) – “Şerif” (Moldova) – 1:0
Stoker, 54

“Braqa” (Portuqaliya) – “Sevilya” (İspaniya) – 1:0
Mateus, 62

“Partizan” (Serbiya) – “Anderlext” (Belçika) – 2:2
Kleo, 58, Leçyaks, 65-öz qapısına – Jile, 53, Yuhas, 66

“Austriya” (Zalsbyrq, Avstriya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:3
Pokrivaç, 28, Valner, 67-p – Enyeama, 3-p., Sahat, 44, Şexter, 53

“Verder” (Almaniya) – “Sampdoriya” (İtaliya) – 3:1
Frits, 50, Frinqs, 67-p., Pizarro, 69 – Pazzini, 90

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları avqustun 24-25-də keçiriləcək.