UEFA-dan Azərbaycan çempionuna dəstək
19.08.2010 - 02:01
UEFA İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Harri Rednapın müraciətinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu tanınmış mütəxəssisin süni meydanlarla bağlı xahişini rədd edib.
Rednapp UEFA-ya Çempionlar Liqasının oyunlarının süni örtüklü meydanlarda keçirilməsinə qadağa qoymaq xahişi ilə müraciət etmişdi. Buna isə onun yetirmələrinin İsveçrədəki süni örtüklü meydanda “Yanq Boyz”a 2:3 hesabı ilə uduzmaqları səbəb olmuşdu. Çalışdırıcı nəticəni məhz süni örtüyün təsiri ilə əsaslandırır: “Süni örtüklü meydana uyğunlaşmaq lazımdır. Dörd aparıcı futbolçum artıq oyun qabağı məşqdə özlərini pis hiss etdilər. Onları matça buraxmadım. Vaxtilə mən də belə meydanda oynamışam. Örtüyün üzərində dayandığım hər dəqiqəyə nifrət edirdim. Bizdə, yəni İngiltərədə yalnız “Kuins Park Reyncers”in stadionunda süni örtük var”.
UEFA britaniyalı mütəxəssisin xahişinə tez reaksiya verməyi lazım bilib. Qurumdan verilən açıqlama futbolun yaradıcılarının xeyrinə olmayıb: “Biz qaydaları dəyişmək və ya onlara yenidən baxmaq fikrində deyilik. İsveçrədəki stadionun örtüyü matçdan əvvəl yoxlanılıb. Əgər lazım olan tələblərə cavab verməsəydi, qarşılaşma baş tutmazdı. Qurumumuzun qaydalarına əsasən yalnız bir matç - Çempionlar Liqasının finalı mütləq təbii örtükdə keçirilməlidir”.
Qeyd edək ki, ölkəmizdə də oyunlarını belə örtükdə keçirən komandalar var. Son Azərbaycan çempionu “İnter”, həmçinin “Simurq” çoxdan təbii ota “arxa çeviriblər”. Onların arenaları avrokuboklara münasib olmasa belə, daxili yarışlar üçün yararlıdır.

0
0