Elxan Məmmədov “Qarabağ”a dəstək olacaq
19.08.2010 - 08:35
Elxan Məmmədov “Qarabağ”a dəstək olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, Məmmədov Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Borussiya” – “Qarabağ” oyununu stadiondan izləyəcək. Belə ki, Dortmunddakı “Vestfalenştadion”da keçiriləcək oyunda “Qarabağ”a dəstək olacaq AFFA rəhbərliyi qarşılaşmada baş katiblə təmsil olunacaq. Bu matç Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Bundan başqa, assosiasiya rəhbərliyi komandamıza dəstək olmaq məqsədi ilə 300 bilet alıb. Həmin biletlər Avropa ölkələrində təhsil alan, eləcə də Almaniyada yaşayan həmyerlilərimizə paylanıb.

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da qarşılaşmanı stadiondan izləyəcək.

Mənbə: affa.az