“İnter” üçün daha bir titul
19.08.2010 - 09:14
“İnter” üçün daha bir titul
Libertadores kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Braziliyanın “İnter” klubu Meksika təmsilçisi “Qvadalaxara” ilə finalın cavab oyununda da qalib gəlməklə, titulun sahibi olub.

Səfərdə 2:1 hesablı qələbəyə sevinən braziliyalılar bu dəfə rəqibini 3:2 hesabı ilə məğlub ediblər. Bununla da tam adı “İnternasional” olan Portu-Aleqri təmsilçisi tarixində ikinci dəfə bu kubokun qalibi olub. Onlar ilk dəfə 2006-cı ildə bu uğura imza atmışdılar.

Qeyd edək ki, “İnter” Libertadores kubokunun qalibi olmaqla, klublararası dünya çempionatına vəsiqə qazanıb.