“Xəzər Lənkəran” – “İnter” görüşünün hakimləri açıqlandı
19.08.2010 - 09:32
“Xəzər Lənkəran” – “İnter” görüşünün hakimləri açıqlandı
Hakimlər Komitəsi Unibank Premyer Liqasının III turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması olan “Xəzər Lənkəran” – “İnter” matçı Fariz Yusifova tapşırılıb. Komitə cari mövsüm keçirdikləri hər iki oyunda qələbə qazanan, öz qapılarından qol da buraxmayan komandaların oyununa FİFA referisini göndərməyə qərar verib. Bu turda beynəlxalq dərəcəli digər iki baş hakim – Anar Salmanovla Vüsal Əliyev də iş başında olacaq.
Qeyd edək ki, ötən turun AZAL – “Turan” oyunundakı qərarları ilə qonaqların şikayətin səbəb olan Əfqan Həmzəyev III tura da təyinat alıb. O, bu dəfə ehtiyat hakim kimi MOİK – “Qarabağ” matçında iştirak edəcək.

21 avqust (şənbə)

18:00. "GƏNCƏ" - AZAL
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə. Şəhər stadionu

20:00. "XƏZƏR LƏNKƏRAN" - "İNTER"
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mehman Mahmudov, Rauf Cabbarov
Lənkəran. Mərkəzi stadion

21:00. "NEFTÇİ" - "SİMURQ"
Hakimlər: Elnur Muradov, Roman Vasilyev, Munis Abdullayev, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22 avqust (bazar)

18:00. MOİK - "QARABAĞ"
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Yaşar Abbasov, Əfqan Həmzəyev
Baki. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. "TURAN" - "MUĞAN"
Hakimlər: Anar Salmanov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu

20:00. "BAKI" - "QƏBƏLƏ"
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Ramiz Əsədov, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Mənbə: pfl.az