UEFA kiprli hakimləri Bakıya göndərir
19.08.2010 - 09:41
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Albaniya matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA yığmamızın yer aldığı qrupun autsayderlərinin görüşünü kiprli ədalət təmsilçilərinə tapşırıb. Sentyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə Marios Panayi fit çalacaq.
19:00. AZƏRBAYCAN – ALBANİYA
Baş hakim: Marios Panayi
Baş hakimin köməkçiləri: Karalambos Karalambus, Mixael Hadjinkola
Dördüncü hakim: Antonis Kristodulou (hamısı Kipr)
UEFA nümayəndəsi və Hakim-inspektor: Nathan Bartfeld (Moldova)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu

0
0