Azərbaycan kubokunun qalibi D seriyasında oynayacaq
19.08.2010 - 10:34
“Bakı” klubunun sabiq futbolçusu Adriano Padilya özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, bu ilin yanvarında transfer olunan, lakin Azərbaycan karyerası bir dövrədən ibarət olan cənubi amerikalı karyerasını vətənində davam etdirəcək.
30 yaşlı hücumçu D seriyasında çıxış edən “Metropolitano” klubu ilə anlaşıb. Adriano ilə müqavilə imzalayan braziliyalılar onun təqdimat mərasimini də keçiriblər. D seriyasının X qrupunda liderlik edən “Metropolitano” C seriyasına yüksəlmək iddiasındadır.
Qeyd edək ki, Adriano “Bakı”nın heyətində keçirdiyi 8 oyunda 1 qol vurub. O, komandası ilə birlikdə Unibank Premyer Liqasının gümüş mükafatını və ölkə kubokunu qazanıb.

0
0