Toni Adams həftəsonunu gözləyir
19.08.2010 - 10:57
Toni Adams həftəsonunu gözləyir
Unibank Premyer Liqasına ardıcıl iki məğlubiyyətlə başlayan “Qəbələ” klubunun düşərgəsində bir futbolçu baxışdadır. Apasport.az saytının xəbərinə görə, “Tottenhem”in də formasını geyinmiş Yaser Kərimi haqqında baş məşqçi Toni Adams hələ qərar verməyib. Onun komandada qalıb-qalmayacağına həftəsonu aydınlıq gətiriləcək. Əgər hücumçu ilə müqavilə imzalansa, bu, əyalət təmsilçisinin mövsümlərarası fasilədə sonuncu transferi olacaq.