“Neftçi” qapıçısını yola salır
19.08.2010 - 11:50
Bakının "Neftçi" klubunun futbolçusu Paulius Qribauskas Litva yığmasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı qapıçı Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı iki oyununda forma geyinə bilər.
O, Litva yığmasının sentyabrın 3-də Şotlandiya, bundan 4 gün sonra isə Çexiya ilə matçlara hazırlaşan heyətində yer alacaq. Bunun üçün Qribauskas avqustun 30-dan sentyabrın 8-dək milli komandasının düşərgəsində olacaq.
Qeyd edək ki, litvalıların Şotlandiya ilə Kaunasın "S.Darius and S.Girenas", Çexiya ilə isə səfərdə - Olomoutsun "Andruv" stadionunda üz-üzə gələcəklər.

0
0