Elvin Əliyev: Həmin epizodda Muammer Erdoğdu ofsaydda deyildi
19.08.2010 - 12:11
“AZAL-ın oyun sisteminə, baş məşqçi Nazim Süleymanovun taktikasına uyğunlaşmağa çalışıram. Həm də fiziki cəhətdən bir qədər “artırmalıyam”. Çünki “Bakı”nın düşərgəsində fiziki hazırlıq keçməmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.
Mövsümün startına bir həftə qalmış “Bakı”dan ayrılıb, AZAL-la müqavilə imzalayan Əliyev köhnə-yeni komandasının hər iki oyununda iştirak edib. Xüsusilə, “Bakı” ilə dueldə komandasının qələbəsində pay sahibi olan müdafiəçi “Turan”la dueldə bir qədər zəif təsir bağışladı.
Futbolçu “Turan”la oyunda qonaqların hesaba alınmayan qolu barədə də fikirlərini bildirib: “Qolu vuran futbolçu Çuammer Erdoğdu arxadan çıxmışdı və oyundankənar vəziyyətdə deyildi. Ancaq Kolavole ofsaydda idi. Top məhz ona ötürüldüyündən, laynsman düzgün qərar qəbul edib”.
Həftəsonu “Gəncə” ilə qarşılaşacaq “təyyarəçilər” bu dueldən də 3 xalla ayrılmaq niyyətindədir. Lakin matçın çətin keçəcəyini futbolçular dərk edib: “Qarşımıza məqsəd qoyulub: avrokuboklara vəsiqə qazanmaq. 2 oyundan maksimum xal toplamışıq. Gəncəyə də 3 xal qazanmaq istəyi ilə gedəcəyik. Düzdür, rəqib evdə yaxşı oynayır. Yeni heyət yığıblar. Çətin olacaq, ancaq mümkünsüz deyil”.

0
0