“Vestfalenştadion”da azərbaycanlıların sayı artır
19.08.2010 - 13:53
“Vestfalenştadion”da azərbaycanlıların sayı artır
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçiriləcək “Borussiya” – “Qarabağ” oyununu izləyəcək azərbaycanlıların sayı artıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimizin Almaniyadakı səfər oyununda dəstəksiz qalmamağı üçün əlindən gələn köməyi edən AFFA bu istiqamətdə növbəti addımını atıb. Qurum Almaniyada yaşayan daha 100 soydaşımızı biletlə təmin edib. Onlar saat 00:05-də başlayacaq matç zamanı Dortmundun “Vestfalenştadion” stadionuna çıxacaq komandamızı dəstəkləmək imkanı qazanıblar.

Qeyd edək ki, buna qədər AFFA tərəfindən azarkeşlər üçün 300 bilet alınıb.

Mənbə: affa.az