“Qarabağ”la oyunun təxirə salınması bizim xeyrimizə oldu”
19.08.2010 - 14:45
“Qarabağ”la oyunun təxirə salınması komandamızın xeyrinə oldu. Amma yenə zamana ehtiyacımız var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Mövsümə “Simurq”la oyunla start verən “Gəncə” II turun “Qarabağ”la qarşılaşaması təxirə salındığından istirahət edib. Onsuz da uyğunlaşma baxımından zamana ehtiyacı olan “Gəncə” üçün bu təxirə salma göydən düşmə olub. Ceyhun AZAL-la görüş ərəfəsindəki fasilənin əd onlar üçün yetərli olmadığını düşünür: “Oyun ağır olacaq. Ancaq bu da faktdır ki, Azərbaycan çempionatında istənilən klub bir-birinə “badalaq” vuracaq gücdədir. Uyğunlaşma istənilən səviyyədə olmasa da, məqsədimiz azarkeşlərimizi sevindirməkdir”.
Yarımmüdafiəçi özünün hələ də tam formada olmadığını etiraf edir: “Hələ formada deyiləm. Oynaya-oynaya artıracağam. 4-5 turdan sonra həqiqi gücümü görəcəklər”.
Qeyd edək ki, “Gəncə” – AZAL matçı avqustun 21-də keçiriləcək.

0
0