“Neftçi”nin futbolçuları İtaliyada oynayacaqlar
19.08.2010 - 14:59
Bakının “Neftçi” klubu “VİAREGGİO CUP” yarışına dəvət alıb. Apasport.az saytının məlumatına görə, İtaliyada 63-cü dəfə təşkil ediləcək turnir 2011-ci il fevralın 21-dən martın 7-dək keçiriləcək. Yarışda 1991-ci il və daha aşağı yaşlı futbolçulardan ibarət komandalar mübarizə aparacaqlar.
Bu il “VİAREGGİO CUP”da dünyanın ən tanınmış klubları - İtaliyanın “Milan”, “İnter”, “Yuventus”, “Fiorentina”, “Latsio”, “Parma”, Braziliyanın “Qremio”, Polşanın “Legiya”, Rusiyanın “Spartak”, İsrailin “Makkabi” Hayfa, Belçikanın “Anderlext”, Özbəkistanın “Paxtakor” və digər komandalar mübarizə aparıblar. Gərgin keçən oyunlardan sonra turnirin qalibi “Yuventus” olub. Turin təmsilçisi finalda “Empoli”ni 4:2 hesabı ilə məğlub edərək, baş mükafata sahib çıxıb.
Qeyd edək ki, “Neftçi”nin 17 yaşlılardan ibarət komandası bu ilin mayında İtaliyada ənənəvi olaraq keçirilən "Ciociaria World Cup" turnirində layiqli mübarizə aparıb. “Ağ-qaralar” “kiçik dünya çempionatı”na qatılan 32 komanda arasında 6-cı yerə çıxıb.

0
0