“Borussiya” “Qarabağ”la oyun öncəsi rekordunu yenilədi
19.08.2010 - 15:22
“Borussiya” yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək Dortmund təmsilçisi özünəməxsus nailiyyəti yeniləyib.
Belə ki, “Borussiya” 2010/11 mövsümü üçün 51200 abunə bilet satıb. Ötən mövsüm 50675 abunəçi toplayan dortmundlular həmin rekordu yeniləməklə də kifayətlənmir. Çünki satış hələ davam etdiyindən, bu rəqəmin daha da artması mümkündür.
Almaniya klubları arasında ikinci yerdə olan “Şalke” 43190, üçüncü pillədə qərarlaşan “Bavariya” isə 37600 illik abunə sata bilib.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi 2009/10 mövsümünün nəticələrinə əsasən Avropanın ən çox tamaşaçı toplayan komandasıdır.

0
0