Hacı Hacıyev: Şükürov təkbətək mübarizələri təmiz uduzurdu
19.08.2010 - 16:18
“MOİK-ə 0:4 hesabı ilə uduzduğumuz qarşılaşmada Mahir Şükürov sürətinə görə Toşiçə aşkar uduzurdu. Ümumilikdə, öz tapşırığını “3”ə layiq yerinə yetirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib.
Tanınmış rusiyalı mütəxəssis Premyer Liqanın son turunda MOİK-ə 0:4 hesabı ilə məğlub olan komandasının şərəfini qoruyan Mahir Şükürovdan narazı qalıb. Hacıyevin sözlərinə görə, hesabın açılmasında Azərbaycan milli komandasının üzvünün də rolu olub: “İlk qolda Mahir komanda yoldaşını sığortalamalı idi. Yoxsa ki, Şükürov Ağalarovun mübarizədən qalib ayrılacağına arxayın olub, əks-hücum etməyimizi gözləməməli idi”.
Mütəxəssis Şükürovun səhvlərini saymaqla qurtara bilməyib: “Mahir təkbətək mübarizələri təmiz uduzurdu. Hərçənd, sonadək mübarizə apara bilərdi. Lakin rəqib ondan güclü idi. Şükürov kobud səhvə yol verib, bədənin hərəkətinə uyğun oynadı. Əslində isə topa oynamalı idi. Rəqibin aldadıcı hərəkətinə inanmaqla, mərkəzdə yıxıldı və Toşiç isə boş cinahla irəlilədi. Sonra ardıcıl səhvlərə yol verdi”.
Həmyerlimizin Rusiya çempionatındakı oyununu izləmək üçün Moskvaya yollanan millinin baş məşqçisi Berti Foqtsla görüşən Hacıyev onunla fikir mübadiləsi aparıb: “Oyundan əvvəl Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qaldığımız otelə gəlmişdi. Görüşüb danışdıq, Mahirin də oyununu müzakirə etdik. Foqts hesab edir ki, Şükürov sağ cinah yarımmüdafiəçisi kimi daha yaxşı oynayır. Mən onu başa saldım ki, futbolçunu müdafiədən yarımmüdafiəyə keçirəndə Mahir incimişdi. O, iddia edirdi ki, arxa xətdə daha yaxşı oynayır”.
Hacıyev həmyerlimizin birdəfəlik sağ cinah yarımmüdafiəçisinə çevrilməsinin tərəfdarıdır: “Mahir yarımmüdafiədə öz hava ötürmələri ilə həqiqətən də çox yaxşıdır. Bu asmalar gözlənilməz və faydalı olur. Bu ötürmələrdən bir neçə qol da vurmuşuq. Mahirin zərbələri də qapıçılar üçün təhlükəlidir. Onunla söhbət etməliyəm. Bəlkə həqiqətən də yarımmüdafiədə oynasa yaxşıdır... Mahir bu mövqedə daha rəngarəng oynamalıdır”.

0
0