Vadim Borets Budapeştə gedir
19.08.2010 - 16:30
“Bakı"nın müdafiəçisi Vadim Borets Moldova milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu yığmasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı 2 oyununa çağırılıb.
Vadim sentyabrın 3-də Finlandiya, 4 gün sonra isə Macarıstanla qarşılaşmalarda iştirak etmək imkanına malikdir. İlk matçı Kişinyovda keçirəcək moldovalılar sonra Budapeştə yollanacaqlar.
Qeyd edək ki, ötən həftə Gürcüstanla oyuna Boretslə yanaşı çağırılan Aleksey Savinov bu dəfə Moldova millisinə lazım olmayıb. O, Vadimin kapitan kimi meydana çıxdığı həmin görüşdə də şans qazanmamışdı.

0
0