Vaqif Cavadovun 1 günü qaldı
19.08.2010 - 16:41
Həmyerlimiz Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubundakı taleyinə avqustun 20-də aydınlıq gələcək. Bu haqda Lent.az-a Vaqifin atası Füzuli Cavadov məlumat verib. Veteran futbolçunun sözlərinə görə, “Tvente”nin Hollandiya çempionatında “Vitess”lə avqustun 21-də keçirəcəyi səfər oyunu öncəsi sabah son məşqi olacaq. Həmin məşqdən sonra Vaqifin ya “Tvente”də qalacağı, ya qarşılıqlı razılıq əsasında gedəcəyi, ya da başqa kluba icarəyə veriləcəyi dəqiqləşəcək.
Ata Cavadov bildirib ki, “Qarabağ” rəhbərliyinin avqustun 20-də “Tvente” rəsmiləri ilə görüşəcəyi istisna deyil: “Avqustun 19-da “Qarabağ” Almaniyanın Dortmund şəhərində “Borussiya” ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyuna çıxacaq. Almaniyadan Hollandiyaya yaxın olduğundan, ola bilsin, “Qarabağ” rəsmilərindən kimsə ertəsi gün Enshede şəhərinə yollanaraq, “Tvente” rəhbərliyi ilə görüşəcək”.
Qeyd edək ki, avqustun 17-də Hollandiya mətbuatı “Tvente”nin qarşılıqlı razılıq əsasında Vaqif Cavadovla yollarını ayırdığı haqda xəbər yayıb. Lakin bu xəbəri klubun rəsmi saytı təsdiqləməyib.

0
0