“Anji” yoldaşlıq görüşü keçirmək üçün Bakıya gəlir
19.08.2010 - 17:20
“Anji” yoldaşlıq görüşü keçirmək üçün Bakıya gəlir
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovum şərəfini qoruduğu Rusiyanın “Anji” klubu Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, milli komandaların Avro-2012-nin seçmə mərhələsindəki oyunları ilə bağlı yaranan fasilədə dağıstanlılar ölkəmizə qısa müddətli səfərə çıxmağı lazım biliblər.

Sentyabrın 5-də paytaxtımıza gələcək “Anji” ertəsi gün “Bakı” klubu ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Oyun saat 20:da başlayacaq. Elə həmin gün də qonaqlar vətənlərinə qayıdacaqlar. Bu səfərlə bağlı klublar arasında şifahi razılıq əldə olunub. Bu barədə saytımıza paytaxt komandasının vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Lakin hər iki klub bu yoldaşlıq oyununda zəifləmiş heyətlə mübarizə aparacaq. Belə ki, nə Mahir, nə də digər yığma üzvləri bu qarşılaşmada iştirak edə bilməyəcək. Buna səbəb isə onların yığmalarının düşərgələrində olmasıdır.

Qeyd edək ki, sentyabrın 3-də və 7-də Avro-2012-nin seçmə mərhələsinin oyunları keçirildiyindən qitənin əksər yığmaları təlim-məşq toplanışında olacaq. Həm “Bakı”, həm də “Anji” bir neçə yığmada təmsil olunduğundan həmin futbolçular bu görüşü buraxmalı olacaqlar.