“Rubin”in daha bir futbolçusu “Neftçi”də!
19.08.2010 - 20:01
Bakının “Neftçi” klubu daha bir futbolçunu transfer etməyə hazırlaşır. Bu barədə apasport.az saytına komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, Rusiya Premyer Liqasında mübarizə aparan Kazanın “Rubin” komandasının yarımmüdafiəçisi Vagiz Qaliullin baxışdadır. Bu gün “ağ-qaralar”ın məşqində iştirak etmiş 22 yaşlı futbolçu ilə çox güman müqavilə bağlanacaq.
Əşrəfoğlu bildirib ki, təmsil olunduğu klubla “Rubin” arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Bir müddət əvvəl Bahodur Nasimovun da Kazan komandasından transfer olunduğunu vurğulayan Əşrəfoğlu bildirib ki, gələcəkdə əks istiqamətdə - “Neftçi”dən “Rubin”ə futbolçuların getməsi nəzərdə tutulub.
Qaliullinə gəlincə, 3 dəfə Özbəkistan yığmasının şərəfini qorumuş futbolçunun ilk klubu vətənində “Əndican” (2004) olub. Burada cəmi 3 oyun keçirən Vagiz növbəti mövsüm “Buxara”nın heyətində 1 dəfə meydana çıxıb. O, 2006-cı ildə Daşkəndin “Traktor” klubundan “Rubin”ə keçib və əvəzedici komandada 64 görüşdə forma geyinib. Əsas komandada isə 8 dəfə meydana çıxıb.

0
0