Azərbaycan yığması ilk oyunda uduzdu
19.08.2010 - 21:43
Azərbaycan yığması ilk oyunda uduzdu
Avqustun 16-dan Daşkənd şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanla yoldaşlıq görüşü keçirib. Apasport.az saytının xəbərinə görə, oyun 3:1 hesabı ilə özbəkistanlı futbolçuların xeyrinə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun avqustun 21-də keçiriləcək.