“Sən də gəl”
19.08.2010 - 23:03
İngiltərənin "Mançester Siti" klubu iki futbolçusu ilə yollarını ayırır. Apasport.az saytının xəbərinə görə, "şəhərlilər"in baş məşqçisi Roberto Mançini bildirib ki, onlar Robinyo və Roke Santa Krusu komandanın heyətindən kənarlaşdırmaq qərarına gəliblər.
Hazırda Braziliyanın "Santos" klubunda icarədə olan Robinyo ilə "Beşiktaş", "Fənərbaxça" və "Şalke-04" maraqlanır. "Qara qartal"ın baş məşqçisi Bernd Şuster braziliyalı forvarda zəng vuraran onu İstanbula çağırıb. "Şalke-04"ün çalışdırıcısı Feliks Maqat isə Robinyoya "Raul heyətimizdədi: sən də gəl, "Real"dakı o möhtəşəm günlərini təkrar yaşa" söyləyib.

0
0