Müdafiəçi axtarışında
19.08.2010 - 23:52
"Arsenal" "Sevilya"dan müdafiəçi Sebastyan Skilaççini transfer edəcək. Apasaport.az saytının xəbərinə görə, Fransa yığmasının 30 yaşlı üzvü üçün ödənəcək məbləğ açıqlanmır. Avqustun 18-də Skilaççi Çempionlar Liqasında Portuqaliyanın "Braqa"sına qarşı matçda (0:1) meydana çıxmayıb. Bu, futbolçunun "topçular"ın heyətinə yer almağa hazırlaşmasından dolayı "Sevilya" rəhbərliyinin onu Avropa Kuboklarına qatmaq istəməməsi ilə bağlıdı.
Bu yay "Arsenal"ı müdafiəçilər Vilyam Qallas, Mikael Silvester və Filip Senderos tərk ediblər. Həmin futbolçulara əvəz qismində alınan yeganə stopper isə Fransanın "Loryan"ından 10 milyon avroya transfer edilən Loran Koselnidi. "Topçular" "Verder"dən Per Mertezaker və "Everton"dan Fil Caqelka ilə maraqlansalar da, həmin müdafiəçilərin transferlərinə nail ola bilməyib.

0
0