“Qalatasaray” Baptistanı yox, Kamoranezini alır
20.08.2010 - 00:01
“Qalatasaray” Baptistanı yox, Kamoranezini alır
"Qalatasaray"ın İtaliyanın "Roma" klubundan qoleador Julio Baptistanı satın almaq istəyi boşa çıxıb. Apasport.az saytının xəbərinə görə, komanda futbolçuya 4 illik müqavilə və 14 milyon avro transfer məbləği təklif etmişdi. "Qalatasaray"ın baş məşqçisi Frank Raykaard oyunçu ilə danışıraq onu heyətdə görmək istədiyini deyib. "Cim-Bom" da Raykardın istəyini yerinə yetirmək üçün futbolçuya ildə 3 milyon avro, mövsümün sonunda da 500 min avro mükafat təklif edib. Lakin Baptista "canavarlar"dan ayrılmaq istəmədiyini deyərək transferə razılıq verməyib.

Əvvəllər "Arsenal" və Madrid "Real"ında oynamış futbolçu ötən mövsüm "Roma"nın əsas heyətində sürəkli yer almayıb. Buna rəğmən, "Qalatasaray" Argentina əsilli italiyalı futbolçu Mauro Kamoranezini heyətinə qatmaq üzrədi. Çıxış etdiyi "Yuventus" klubundan rəsmən ayrılan Kamoranezinin "Qalatasaray" nümayəndələri ilə gizli danışıq apararaq sonda bu kluba keçməyə razılıq verdiyi deyilir. "Qalatasaray"ın bir neçə gündən sonra bu transferi rəsmən təsdiqləyəcəyi gözlənilir. "Cim-Bom" Kamoranezi ilə 2 illik müqavilə imzalayacaq. Futbolçunun illik qazancı 2 milyon avro təşkil edəcək.

33 yaşlı Mauro Kamoranezi İtaliya yığma komandasının heyətində 54 dəfə forma geyinərək 5 qola imza atıb.