Deyvid qərarını verdi: “Fənərbaxça”dan gedirəm!
20.08.2010 - 00:13
Deyvid qərarını verdi: “Fənərbaxça”dan gedirəm!
"Fənərbaxça"nın braziliyalı legioneri Deyvid komandadan ayrılmaq qərarına gəlib. Apasport.az saytının xəbərinə görə, futbolçu əsas heyətdə nadir hallarda yer aldığını deyərək, daim oynaya biləcəyi klub axtarır: "Braziliyaya qayıtmaq istəyirəm. "Fənərbaxça" problem yaratmasa, komandanı tərk edərək "Flamenqo"da oynamaq istərdim".

Braziliyanın "Flamenqo" klubu da Adriano və Vaqner Lavı itirəndən sonra hücum xəttini möhkəmləndirmək qərarına gəldiyindən, Deyvid forvard qismində komandanı maraqlandırır. Klubun idman direktoru Artur Ziko hücumçu üçün "Fənərbaxça"ya 5 milyon avro təklif edib. Türkiyə klubunun 2006-cı ildə transfer etdiyi futbolçu ilə müqavilənin müddəti bu yaxınlarda 2011-ci ilin mayına qədər uzadılıb. "Fənərbaxça"nın heyətində Deyvid 104 matçda meydana çıxaraq 25 qol vurub.