Yurgen Klopp: Mənim üçün hansı hesabla qalib gəlməyin ciddi fərqi yoxdur
20.08.2010 - 09:16
“Hesabı açmaq üçün xeyli əziyyət çəkdik. Bundan sonra özümüzü daha rahat hiss edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp deyib.
Avropa Liqasının pley-off mərhələsinin Dortmundda keçirilən ilk oyununda Ağdamın “Qarabağ” klubunu 4:0 hesabı ilə məğlub edən almaniyalıların çalışdırıcısı mətbuat konfransında məmnun qaldığını göstərib: “Düşünürəm ki, ikinci hissədə xarakter nümayiş etdirməli idik. Mənim üçün hansı hesabla qalib gəlməyin ciddi fərqi yoxdur. Lakin hakim təmiz qolumuzu əlimizdən aldı. Düzdür, rəqibin də qol vurmaq imkanı oldu. Lakin onlar bundan yararlana bilmədilər”.

0
0