Azərbaycan yığmasına qarşı 12 türkiyəli futbolçu
20.08.2010 - 09:53
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının rəqiblərindən olan Türkiyə millisinin heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, avqustun 26-dan 29-dək Portuqaliyanın Lissabon şəhərində keçiriləcək B qrupu çərçivəsində Azərbaycan yığması İsrail və Türkiyə milliləri ilə üz-üzə gələcək. Bu oyunlar zamanı Türkiyənin baş məşqçisi 12 futbolçunun xidmətindən istifadə edəcək. Bunlar Mutlu Köktaş, Yücel Ergün, Tamer Ay, Ahmet Şanlıdere, Onur Zayim, Serhat Sürlü, Seyit Ahmet Süer, Ayhan Bilal Sezer, Adil Arıcı, Erhan Eriten, Erkan Anzaflıoğlu və İsmail Kerem Sinçdir.
0
0