“Borussiya”nın futbolçusu: Sevinirəm ki, Avropa liqasının qrup mərhələsində oynayacağıq
20.08.2010 - 11:17
”Əgər “Qarabağ”ın qapısına 1-2 qol da vursaydıq, cavab oyununda işimiz lap asan olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Mats Hammels deyib.
Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” klubunu 4:0 hesabı ilə məğlub edən dortmundluların futbolçusu artıq indidən özlərini qrup mərhələsində görür: “Qrup mərhələsində oynayacağımız üçün çox şadam. Biz də həftədə daha bir matç keçirmək imkanına malik olacağıq. Yoxsa ki. bu turnirə dayanıb kənardan baxmayacağıq. “Qarabağ”la oyunda aldığım sarı vərəqə görə təəssüflənirəm. Həmin epizodda çox qəzəblənmişdim”.

0
0