bmi və “Qəbələ” onlayn müsabiqənin mükafatçılarını elan ediblər
20.08.2010 - 11:57
bmi və “Qəbələ” onlayn müsabiqənin mükafatçılarını elan ediblər
Bu gün bmi (British Midland İnternational) və “Qəbələ” futbol klubu azarkeşləri üçün keçirdikləri onlayn müsabiqənin mükafatçılarını elan ediblər. Apasport.az saytının məlumatına görə, 1 ay öncə start götürən “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” adlı müsabiqənin qalibi adını Rəşad Rəsullu qazanıb.

bmi şirkəti və “Qəbələ” klubunun nümayəndələrindən ibarət 100-ə yaxın iştirakçı arasından birinci adını qazanan Rəsullu təklif edilən mövzu üzrə yazdığı gözəl təhlilə görə fərqlənib. Çempion müsabiqənin baş mükafatını - Londona 2 istiqamətli pulsuz bilet qazanıb.

Müsabiqədə II yeri Abdulla Əlixanov, III yeri isə Leyla Kərimova tutublar. Onlar müvafiq olaraq, həftəsonu Qəbələ Resort Otelində istirahət hüququ və “Lotto” firmasından hədiyyə ilə təltif ediliblər.

Qaliblərə mükafatları bmi-nin satış və marketinq üzrə meneceri Günay Ələkbərova və “Qəbələ”nin marketinq üzrə direktoru Səməd Nəsibov təqdim ediblər.

Qeyd edək ki, müsabiqəni keçirməkdə əsas məqsəd Azərbaycanda futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək üçün imkan yaratmaq olub. Müsabiqə “Qəbələ”nin rəsmi internet saytı (qabalafc.az) vasitəsilə keçirilib.