Lukaş Pişek: İkinci qoldan sonra hücum xəttində istək hissi azaldı
20.08.2010 - 12:25
Lukaş Pişek: İkinci qoldan sonra hücum xəttində istək hissi azaldı
“Qarabağ”la oyun yaxşı alındı. Biz matça köklənmişdik. Lakin artıq ikinci qoldan sonra hücum xəttində istək hissi azaldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Lukaş Pişek deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” klubunu 4:0 hesabı ilə məğlub edən dortmundluların polşalı legioneri dördüncü qoldan sonra konsentrasiyanı itirdiklərini bildirib: “İkinci hissədə bizim üçün daha çətin oldu. Cavab oyununa daha rahat çıxmaq üçün mümkün qədər qol vurmalı idik. Lakin hesabın 4:0 olmasından sonra bizə konsentrasiya çatmırdı. Düşünürəm ki, “Bayer”lə Almaniya çempionatında keçirəcəyimiz matçda daha çətin olacaq”.