“Borussiya” 6 qol vurmalı idi”
20.08.2010 - 12:37
“Fikrimcə, artıq cütün taleyi həll olunub. Lakin unutmamalıyıq ki, hələ cavab oyunu da var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun kapitanı Sebastyan Kel deyib.
Təcrübəli futbolçu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda 4:0 hesabı ilə məğlub etdikləri “Qarabağ”la qarşılaşmanın ikinci hissəsindən narazı qalıb: “Ardıcıl qol imkanlarından istifadə edib, layiqli qələbə qazandıq. Hiss olunurdu ki, “Qarabağ” belə böyük auditoriya qarşısında oyununu göstərə bilmir. Biz isə ikinci hissədə çox sakitləşmişdik. Biz var gücümüzlə oynamırdıq. Bunun nəticəsində qol da buraxa bilərdik. Daha yaxşı oynamağa borclu idik. “Borussiya” 5-ci və 6-cı qolları da vurmalı idi”.
Qeyd edək ki, “Borussiya” “Qarabağ”la oyundakı bütün qollarını birinci hissədə vurub.

0
0