“Xəzər Lənkəran” daha bir futbolçusunu geri qaytardı
30.08.2010 - 12:45
“Xəzər Lənkəran” daha bir futbolçusunu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi yarımmüdafiəçi Ramazan Abbasovun ardınca nigeriyalı hücumçu Emeka Oparanı cari mövsümün sifariş vərəqəsinə daxil edib.
Ötən qış “Xəzər Lənkəran”ın transfer etdiyi Opara növbəti bir ildə də komandanın şərəfini qoruyacaq. Hücum xəttində problemləri olan lənkəranlıların baş məşqçisi Mirça Rednik Emekanı sərəncamında görməyi lazım bilib. Halbuki, Emeka məhz Rednikin gəlişindən sonra komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, ötən mövsüm bitəndən sonra transferə çıxarılan Ramazan baş məşqçi dəyişikliyindən sonra geri qaytarıldı.

0
0