“Azərbaycan yığması nəhəng maneədir”
30.08.2010 - 12:58
“Sentyabrın 7-də Qazaxıstan, oktyabrın 8-də isə Azərbaycan yığması ilə qarşılaşacağıq. Bu bizim qarşımızda iki nəhəng maneədir. Biz də bu maneələri adlamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya Futbol İttifaqının prezidenti Leo Vindtner deyib.
Qurum başçısı Avro-2012-nin seçmə mərhələsinin A qrupunun oyunlarının startı ərəfəsində Avstriya yığmasından uğurlu start gözlədiyini açıqlayıb. Vindtnerin sözlərinə görə, oktyabrın 8-də Vyananın qonağı olacaq Azərbaycan milli komandası çətin, amma məğlubedilməz deyil: “Bu oyunların sonunda hesabımızda 6 xal olacaq. Əks halda, Avro-2012-nin seçmə mərhələsində qarşımıza ciddi vəzifə qoymaq haqda danışmaq, uğur əldə etməyi arzulamaq mənasızdır”.
Qeyd edək ki, Azərbaycan, Avstriya və Qazaxıstan yığmalarının mübarizə apardığı A qrupunda Almaniya, Belçika və Türkiyə milliləri də yer alıb.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0