Adrian Neaqa yenə qovuldu
30.08.2010 - 13:15
Rumıniyanın “Unirea” klubunun sahibi Dumitru Buşkaru komandanı buraxmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, ölkəsində tanınan iş adamı klubun heyətinin bütün futbolçuları ilə vidalaşmağı lazım bilib. Buşkaru bundan sonra yerli futbol məktəblərinin yetirməsi olan gənclərə güvənmək niyyətindədir.
Bu yay “Neftçi”dən qovulan vətənində “Unirea” ilə anlaşan Adrian Neaqanın da yer aldığı klubsuzlar “ordu”sundan 11-i klubu azad agent statusu ilə tərk edib. Daha 13 oyunçu isə yaxın günlərdə yeni komandası ilə anlaşacaq.
Qeyd edək ki, “Unirea” Çempionlar Liqasının III təsnifat mərhələsində Rusiyanın “Zenit”, Avroliqanın IV təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”a uduzaraq, mübarizəni dayandırıb.

0
0