Avropa çempionatı üçün 7-ci sponsor
02.09.2010 - 23:40
Avro-2012-nin rəsmi sponsorlarının siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, məşhur “Sharp” şirkəti ilə UEFA arasında əməkdaşlıq haqda anlaşma əldə olunub. Şirkət Avro-2012-nin günəş enerjisi ilə bağlı audiovizual qurğular və məhsullar üzrə sponsoru olacaq. “Adidas”, “Coca-Cola”, “Carlsberg”, “Castrol”, “Hyundai-Kia” və “McDonalds” şirkətlərinə qoşularaq Ukrayna və Polşada təşkil olunacaq çempionatın sayca 7-ci sponsor olan “Sharp” həm də “Eurotop” proqramının tərəfdaşı olub.
Qeyd edək ki, “Eurotop” kommersiya proqramı təkcə Avro-2012-nin deyil, həm də milli komandalar arasında digər qitə miqyaslı turnirlərə dəstək verir. Bunlar arasında futzal üzrə Avro-2012, qadınlar arasında Avro-2013, həmçinin U-21-lərin 2011 və 2013-cü illərdə təşkil olunacaq çempionatları var.

0
0