Tərlan Əhmədov: Varam ki, məni səhnələşdiriblər
04.09.2010 - 23:01
Azərbaycan yığmasının sabiq kapitanı, veteran futbolçu Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Xeyli vaxtdır futboldan ayrı düşmüsünüz. Darıxmırsınız?
- Təbii ki, darıxıram. Amma bununla barışmaq məcburiyyətindəyəm. Təxminən bir il məşqçi kimi çalışdım. İnandırım sizi, meylimi məşqçiliyə saldığımdan, oynamaq haqqında düşünmürdüm. İndi iş yoxdur deyə, hərdənbir uşaqlarla yığışıb futbol oynayırıq. Onda düşünürəm ki, daha 1-2 il oynaya bilərdim.
- Buna görə peşmançılıq hissi keçirirsinizmi?
- Xeyr. Sadəcə, oynaya bilərdim. Bizdə futbolçunu oyununa görə deyil, yaşla ölçürlər. İmkan vermədilər ki, qalıb oynayım.
- Mətbuatın təzyiqi oldu, yoxsa başqa amillər?
- Heç vaxt mediadan incik olmamışam. Nə qədər tənqid etsələr də, onlardan qaçmamışam. Media üzərinə düşəni edir. “Olimpik”in (indiki AZAL – red) keçmiş prezidenti Rəsul Rəsulovun sayəsində karyeramızı bitirməli olduq. İmkan vermədi ki, yanımızda 1-2 gənc futbolçu yetişsin.
- Oynamağınıza razılıq vermədi?
- Bəli. Başqa klublar da istəmirdilər. Həm də xeyli vaxt idi “Olimpik”də oynayırdım, uyğunlaşmışdım. Sonra məşqçi kimi işləməyimi istədi. Razılaşdım. Bu da alınmadı. Dedilər ki, sponsorlar prezidentin səlahiyyətlərini azaldıb. Atdılar onların üzərinə.
- Məşqçiliyə çox bağlanmışdınız?
- İşimə o qədər bağlanmışdım ki, həyatdan təcrid olunmuşdum. Bütün diqqətimi işimə yönəltmişdim ki, heç bir nöqsan olmasın. Hər bir işin çətinliyi var. Yeni başlasam da, protokolu doldurmaq, nümayəndələrlə görüşmək və s mənə həvalə edilmişdi. Həm də bu iş mənə ləzzət etdiyindən, daha çox öyrənməyə çalışırdım.
- Adətən əksər futbolçularımız karyeralarını bitirdikdən sonra, baş məşqçi olmaq iddiasına düşürlər...
- Heç vaxt birdən-birə baş məşqçi olmaq istəməmişəm. Hər bir işin incəliyi var və onu öyrənmək lazımdır. Oynadığım vaxt əksər komandalarda kapitan olmuşam. Kapitan meydançada baş məşqçinin köməkçisi olur. Onun əli çatmayan yerə kapitan nəzarət edir. O, meydanın bu başından o biri başına qışqırası deyil. Məşqçi işinin incəlikləri var. Futbolçuların psixologiyasını öyrənmək və s. üçün güclü məşqçilərin yanında oynamaq istəyirdim.
- Karyeranızı xatırlayırsınızmı?
- “Kəpəz”ə, “Şəmkir”ə vurduğum qolları xatırlayıram. Heç vaxt pis şeyləri xatırlamıram. Həyatda insanın başına çox faciələr gəlir. Bu faciələrlə yaşayanda, irəli addım ata bilmirsən. Ona görə də yaxşı şeyləri düşünürəm ki, daha da inkişaf edim. Yığmada, klubda keçirdiyim yaxşı oyunları xatırlayıram. Yığmanın heyətində keçirdiyim oyunlardan 20-yə yaxınının videoyazısı var. Hərdən onlara baxıram.
- Siz bəzi oyunlarda avtoqol müəllifi olmusunuz. Bunu hətta səhnələşdiriblər də. Buna görə pərt olmamısınız?
- Antireklam ən yaxşı reklamdır. Buna normal baxıram. Varam və lazımam ki, məni səhnələşdiriblər. Onların işi insanları güldürməkdir. Bəzən dahi şəxsləri də məsxərəyə qoyurlar. Həmin avtoqollar zamanı sırf komanda yoldaşımın səhvini düzəltməyə çalışmışam. Öz günahımdan olmayıb. Həmişə komandama kömək etməyə çalışmışam. Onların bu addımı məni daha da ruhlandırır.
- Yəqin futbol oynadığınız vaxtla müqayisədə indi dostlarınızı sayı azalmış olar?
- 10 il əvvəl dostlarımın çoxluğundan danışırdım. Yaşa dolduqca anladım ki, həyatda dost yoxdur. Qardaş, yoldaş ola bilər. Dostumuz öz əməlimizdir. Kimlərsə adımıza, pulumuza, görə bizə özünü dost kimi sırıya bilər. Ancaq bugünkü gündə dostum yoxdur. Son 3 ayda işsizəm, onları daha yaxşı tanıdım. Üzümə gülə-gülə irəli getməyimə mane olanlar az olmayıb.
- Belə çıxır ki, həyatda güvənəcəyiniz insan yoxdur...
- Qardaşım, anam, bacılarımdır. Yəni öz ailəmdir. Güvəndiyim varlıq Allahdır. Allah açan qapını heç kim bağlaya bilməz. İnsan var, nə vaxtsa cüzi kömək etmisən, bu gün onun əvəzini artıqlaması ilə çıxmaq istəyir. Dostluq yolda, əməldə, ağır məqamda bilinməlidir.
- Futbol oynamağa yollandığınız Tovuzda həm də ailə həyatı qurdunuz. Həyat yoldaşınızla necə tanış olmusunuz?
- 1992-ci ildə “Turan”da oynayırdım. Yaxın yoldaş var, Tovuzdandır. Onun qardaşı ilə idman təmayüllü məktəbdə bir oxumuşduq. Gediş-gəlişimiz var idi. Tovuzda oynayanda da evlərinə gedirdim. Onun nişanında yoldaşımla tanış oldum. Həmin oğlanın indiki həyat yoldaşı mənim həyat yoldaşımla bir qrupda oxuyurdular. Sonra ailə qurduq.
- Ailə qurmaq çətin olmadı?
- 2 il nişanlı olduq. Bu müddətdə bir-birimizi tanıdıq. Onların ailəsi bizim, biz də onların ailəsi haqqında müəyyən informasiyalar öyrəndik.
- Siləniz haqqında hansısa maraqlı məlumat əldə etmişdilərmi?
- Əslən Sabirabaddanam və bizim zona dindardır. Onlar isə əksinə, dindar deyildilər. Bizim ailə haqqında məlumat toplayanda deyirdilər ki, onlar dindardır biz yox. Bunun axırı necə olacaq? Allaha şükür, yoldaşım da, övladlarım da ibadət əhlidirlər.
- Xoşbəxtsinizmi?
- Əbədi xoşbəxtlik olmur. İnsan ani anlarda xoşbəxt olur. Ailə cəhətdə şükürlər olsun, heç bir problemim yoxdur. 2 oğlum, 1 qızım var.
- Ailə sadəcə, nəsil artırmaq üçündür?
- O dini cəhətdən belədir. Ailə özlüyündə kiçik cəmiyyətdir. Hər bir insanın xoşbəxtliyi ailədədir. Ailə qurulmayanda insanın ruzisi də olmur. Çünki Allah ruzini ailəyə görə verir. Ailə qurmaqla Allaha bir addım da yaxınlaşırsan. Təklik Allaha məxsusdur.
- Karyeranızın ən yaxşı illəri qalmaqallı vaxtlara düşüb...
- Bizi geri salan da bu olub. Kompromisə gedən olmadı, zərbə futbolçulara dəydi. Biz pul olmasa da, meydançalar olmasa da, şərait yüksək səviyyədə olmasa da futbol oynadıq. Bu gün futbolumuzda həqiqətən də inkişaf gedir. İndiki şərait bizim vaxtımızda olsaydı, daha yaxşı uğurlara imza atmaq mümkün idi.
- Buna görə təəssüflənirsinizmi?
- Bəli. Ən yaxşı vaxtımızda, dövrümüzdə baxımsızlıqdan əziyyət çəkdik. Həmin vaxt ortaq məxrəcə gəlinsəydi və kimlərsə geri çəkilsəydi, biz daya yaxşı çıxış edərdik. Buna baxmayaraq, xırda-para nailiyyətlərimiz olub. O, qədər hərc-mərclik yaradıldı ki, Ukraynaya getməli oldum. Bir il rahat futbol oynadım.
- Ölkə xaricinə çıxmağın yəqin ki, müsbət təsiri oldu?
- Əlbəttə. Orda ancaq futbol haqqında düşünürsən. Dava-dalaş olsa da, futbolçuları ora qatmırdılar.
- Bəs indiki nəsil niyə xaricə getməyə can atmır?
- Bu ağrılı yerimizdir. İnkişaf üçün bu addım atılmalıdır. Ola bilsin, hansısa məbləğ, şəraitə görə futbolçularımız xaricə getmirlər. Halbuki, onların inkişafı üçün mütləq respublikadan kənara çıxmalıdırlar. Buna görədir ki, ən perspektivli futbolçularımız belə orta səviyyədə yuxarı qalxa bilmirlər.
- Karyeranızda hansı məğlubiyyətləri unuda bilmirsiniz?
- “Neftçi”nin heyətində “Srvena Zvezda”nı Bakıda 2:0 udmağa yaxın olduğumuz məqamda sonra qapımızdan 3 top buraxdıq və yenildik. Səfərdəki oyunu da uda bilərdik, ancaq 0:1 hesabı ilə məğlub olduq. Moldova ilə udmalı olduğumuz oyunu heç-heçə başa vurduq. Portuqaliya yığmasını 1:0 udduğumuz halda, 96-cı dəqiqədə qapımızdan top buraxdıq. “Olimpik”in son oyunda çempionluğu əldən verməsi və sair.
- Yeri gəlmişkən, iddialı klublarda çıxış etsəniz də, çempion ola bilmədiniz. Buna görə üzülürsünüzmü?
- Qismətdən kənara çıxmaq olmaz. 5 dəfə çempionluğun astanasında oldum, sonuncu məqamda əldən çıxdı. Allah belə buyurub. İnsanlar var ki, illərlə baş məşqçi işləyirlər, çempion ola bilmirlər. Mənim üçün faciə Qarabağın ermənilər tərəfindən işğal olunmasıdır. Faciə insan itkisi ola bilər.
- Bir məqama da toxunaq. “Olimpik”də oynayarkən, cadudan istifadə etdiyinizi deyirdilər. Bu doğurdanmı belə idi?
- Cadu ilə nailiyyət qazanmaq olar? Bəli, oyunlarımızı izləməyə möminlər gəlirdi. Həmin insanı məsciddə göstərə bilərəm. Onlardan biri dünyasını dəyişib, digəri sağdır. Namaz qılan vaxt tanış olmuşuq. Özü “Neftçi”nin fanatıdır. O vaxt söz çıxardılar ki, biri zədədən əziyyət çəkir, guya ona cadu-piti eləyiblər. Zədədən ən çox əziyyət çəkən futbolçu mən olmuşam. Əzələlərim qırılıb, qabırğam sınıb. Bir dəfə demədim ki, mənə cadu-piti elədiblər.
- Həyatınızdan razısınızmı?
- Min şükür. Əsas odur ki, ailəmdə sabitlikdir, bizi istəyənlər, mömin qardaşlarımız çoxdur.

0
0