Hakimlər də oyuna gecikərmiş
05.09.2010 - 11:48
Hakimlər də oyuna gecikərmiş
Final mərhələsi 2011-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun Zambiya və Komor adaları arasında oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna görüşü idarə etməli olan hakimlər səbəb olublar. Belə ki, qarşılaşmanı idarə etməli olan ədalət təmsilçiləri matçın keçiriləcəyi yerə çata bilməyiblər.

Eritreyadan olan FİFA hakimləri Dubayın hava limanında “ilişib qalıblar”. Onların yolunu gözləyən təşkilatçılar matçı bir gün sonraya keçirmək məcburiyyətində qalıblar. Hələ də Zambiyaya yetişməyən eritreyalılar bu gün də oyuna çatmasa matç ehtiyat hakimlər briqadasına tapşırılacaq.
0