“Bakı” və “Qarabağ” kimin güclü olduğunu müəyyənləşdirə bilmədi
06.09.2010 - 20:55
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünü boşa vermək istəməyən klublar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının son turunda qarşılaşmalı olan, lakin matçları oktyabrın 20-nə təxirə salınan “Bakı” və “Qarabağ” öz aralarında münasibətlərini ayırd ediblər. Ondan çox futbolçusu yığmaların düşərgəsində olan, zədələnən Əfran İsmayılov və Aftandil Hacıyevin xidmətindən məhrum olan “Qarabağ” bu qarşılaşmaya demək olar ki, ikinci heyətlə çıxıb.
Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı fasilə ərəfəsində ağdamlılar açıblar. 45-ci dəqiqədə əla keçidlə bir neçə futbolçunu geridə qoyan Georgi Adamiyanın zərbəsindən sonra dirəkdən dönən topu Ayaz Mehtiyev qapıya göndərib. Paytaxt futbolçuları isə 74-cü dəqiqədə fərqləniblər. Anqulo Ceffersonun ötürməsindən sonra Vyaçeslav Safroni bərabərlik qolunu vurub.

- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
0
0