Elvin Məmmədov: 3 gün əvvəl meydana çıxmağımız yorğunluq yaratdı
25.09.2010 - 18:21
“Çox pis oynadıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Elvin Məmmədov deyib.
Ağdam təmsilçisi Unibank Premyer Liqasının VII turu çərçivəsində bu gün Qəbələdə eyni adlı komandanın qonağı olub. 1:2 hesabı ilə uduzan “Qarabağ” cari mövsümdə ikinci məğlubiyyətini aldı. Məmmədovun fikrincə, uğursuzluğa düçar olmalarında Rəşad Sadıqovla Əfran İsmayılovun yoxluğu da təsir edib: “3 gün əvvəl meydana çıxmağımız yorğunluq yaratdı. Həm də avrokuboklardan sonra oyunumuzu tapa bilmirik. Rəşad Sadıqovun komandadan gedişinin, Əfran İsmayılovun zədəli olması bizə mənfi təsir göstərir. Növbəti turlarda daha yaxşı oynamağa çalışacağıq”.

0
0