“Bu, tək mənim yox, bütün futbolçuların arzusudur” - FOTO
25.09.2010 - 18:38
“Nəticədən razıyıq. Mövsümə uğursuz başlamışdıq. Hamı bizi autsayder kimi görürdü. Ona görə də bizə qələbə lazım idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Unibank Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ” üzərində qazanılan qələbədən sonra “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.
Cari mövsümdə ikinci qələbəsini qazanan əyalət təmsilçisinin futbolçusu bildirib ki, məqsədləri avrokuboklara düşməkdir: “Bu bizim ikinci qələbəmizdir. Avrokuboklarda oynamaq istəyirik. Bu, tək mənim yox, bütün futbolçuların arzusudur”.

0
0