Moskva klublarından Şahin Diniyevlə Mahir Şükürova ağır zərbə - YENİLƏNİB
17.10.2010 - 18:14
Moskva klublarından Şahin Diniyevlə Mahir Şükürova ağır zərbə - YENİLƏNİB
Bu gün Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, millimizin sabiq çalışdırıcısı Şahin Diniyevin məşqçisi olduğu “Terek” öz meydanında Moskva MOİK-inə uduzub.

Yığmamızın futbolçusu Mahir Şükürovun formasını geyindiyi “Anji” də eyni hesabla məğlubiyyətə uğrayıb. Həmyerlimizin yalnız ilk yarıda oynadığı qarşılaşmada Mahaçqala təmsilçisi Moskvada “Dinamo”dan 4 cavabsız top buraxıb.


“Terek” – MOİK - 0:3
Dumbiya, 18; Vaqner Lav, 76; Xonda, 90

“Dinamo” – “Anji” - 4:0
QOLLAR: Kevin Kuranyu, 36 (penaltidən); Fernandes, 40; Çesnauskis, 78; Voronin, 90
Baş hakim: Aleksandr Qvardis
DİNAMO: Şunin, Yepiryanu, Fernandes, Qranat, Uilkşir, Duymoviç, Səmədov, Ropotan, Semşov, Çesnauskis, Kuranyu
ANJİ: Revişvili, Klyava, Şükürov, Aqalarov, Hacıbəyov, İbra Kebe, Sorayev, Streltsov, Arziani, Bakayev, Qolenda

Mahir Şükürov ikinci hissə başlayan kimi Strelkovla əvəzlənir.