Mirça Rednik: Çox təəssüf ki, gözlədiyimiz başımıza gəldi
17.10.2010 - 16:55
“Qələbə münasibətilə rəqib komandanı təbrik edirəm. Onlar bu gün möhtəşəm oynadılar”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Gəncə”yə böyük hesabla uduzub. 1:4 hesablı məğlubiyyətdən sonra rumın məşqçi oyun barədə fikirlərini bildirib: “Gəncə” iddiaçılar arasında olmasa da, futbolçuları bu gün meydanda canlarını qoydular. Böyük ustalıq nümayiş etdirdilər. Mən futbolçulara demişdim ki, əvvəlki 8 oyunda göstərdiyiniz əzmkarlığı nümayiş etdirməsəniz, qələbə qazanmaq mümkün olmayacaq. Çox təəssüf ki, gözlədiyimiz başımıza gəldi. Rəqib qapımıza cəmi 5-6 zərbə vurdu ki, onun da 4-ü qolla nəticələndi”.

0
0