Unibank Premyer Liqasında yeni rekord
18.10.2010 - 08:57
Unibank Premyer Liqasında yeni rekord
Həftəsonu keçirilən IX turda Unibank Premyer Liqasının cari mövsümünün yeni rekordu qırılıb. Apasport.az saytının məlumatına görə, meydana çıxan komandalar 6 görüşdə 24 qol vurmaqla, məhsuldarlıqda ən yüksək göstəriciyə nail olublar.

Hesabat turunun hər oyununda orta hesabla 4 top vurulub. Bununla, mövsümün ilk turunda qeydə alınan rekord (hər oyuna 3 qol) yenilənib. “Muğan” və “İnter”in “susduğu” turda hamıdan çox – 5 dəfə AZAL fərqlənib. Ümumilikdə, turun 3 görüşündə qapılara 5 qol vurulub.






tur

oyun

qol

Orta məhsuldarlıq

1

6

18

3,00

2

5

7

1,40

3

6

12

2,00

4

5

9

1,80

5

6

11

1,83

6

6

9

1,50

Təxirə salınan oyun

1

3

-

7

6

12

2,00

8

6

12

2,00

9

6

24

4,00